Sədr: Riad Cəbrayılov
Sədr müavinləri:
Nüşabə Kərimova Zahid qızı
Elmurad Quliyev Qoçaq oğlu
Fidan Nəsibli Nəsib qızı
Kənan Sadıqov Qəzənfər oğlu
Azərbaycan Milli Konservatoriyası Tələbə Gənclər Təşkilatı 2005-ci ildə yaradılmışdır. Tələbələrin özlərinin idarəetmə orqanı olan TGT, tələbələrin hüquqlarını qorumaq, potensialını aşkarlamaq, tələbə şəbəkəsi ilə əhatəsini genişləndirmək, gələcəyə fikirlərini yönəltmək və strategiyasını qurmağa dəstək olmaq, tələbələrin asudə vaxtını maraqlı təşkil etməkdir.
TGT-nin daxilində 6 Departament, 4 Mərkəz və Ümumi şöbə fəaliyyət göstərir.
Azərbaycan Milli Konservatoriyasının daxilində keçirilən tədbirlər, intellektual yarışmalar, konsertlər, sərgilər, idman yarışları, musiqi festivalları və s. kimi tədbirləri TGT-nin üzvləri və yeni üzv olan tələbələrin layihələri əsasında formalaşır. Maraq və ixtisas dairəsinə əsaslanan bu layihələri həyata keçirən layihənin müəllifidir. Tələbə ideyasını TGT Layihələr Departamentinə təqdim edir. Layihələr Departamenti ideyanı layihə kimi formalaşdırıb mövzuya uyğun olan departamentə ünvanlandırır. Departament rəhbəri layihəni sədr müavinlərinə ünvanlandırır. Bir neçə düzəlişlərdən sonra layihə TGT sədrinə ünvanlanır. Sədr tərəfindən təsdiqini tapan layihə start halını alır. Layihəni qəbul etmiş departament ideya müəllifi olan tələbəyə lazımi məlumat və informasiyanı çatdırır. Layihə müəllifi layihəsini həyata keçirmək üçün işçi qrupu yaradaraq öz fəaliyyətinə başlayır. Layihənin məkanı və zamanı müəyyənləşdirildikdən sonra layihə başlayır.
Universitetdən kənarda keçirilən tədbirlərdə tələbələrin iştirakını könüllü təşkil etmək üçün keçirilən tədbirin mövzusuna marağı olan tələbələr cəlb edilir. Bu vəzifəni İnsan Resursları Departamenti təşkil edir. Bundan əlavə, hər ixtisasın qruplar üzrə nümayəndələri olur.
Bu sistem vasitəsi ilə AMK TGT tələbələrin asudə vaxtının təşkilində, onların ixtisaslarının təkmilləşdirilməsində və maraqlarının artırılmasında tələbələri düzgün şəkildə məlumatlandırmış olur.