Loading...

Vise-rectors

Elmi İşlər Üzrə

Prorektor: Hüseynova Lalə Şirməmməd qızı

İnzibati Təsərrüfat İşləri Üzrə

Prorektor

Qasımzadə Sevil Qasım qızı

Əməkdar mədəniyyət işçisi

2 avqust 1963 cü ildə Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbayca Dövlət İnşaat və Mühəndisləri İnstitutunda təhsil almışdır. Ali təhsili başa vurduqdan sonra tikinti və bank sektorunda çalışmışdır.

2001-ci ildən Azərbaycan Milli Konservatoriyasında “İnzibati təsərrüfat işləri üzrə prorektor” vəzifəsində işləyir.

2015 ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə “Əməkdar Mədəniyyət işçisi” fəxri adına layiq görülmüşdür.

Tədris İşləri Üzrə

Prorektor

Malik Bayram oğlu Quliyev

Respublikanın  Əməkdar  müəllimi,  sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor

Malik Quliyev 1952-ci il aprel ayının 29-da Füzuli rayonunun Kərimbəyli kəndində anadan olub. 1960-1969-cu illərdə  orta  məktəbdə təhsil alıb. 1969-1972-ci illərdə A.Zeynallı adına Bakı Orta İxtisas Musiqi məktəbində tar sinfini bitirib, təyinatla Cəbrayıl rayon Uşaq Musiqi məktəbinə tar müəllimi göndərilmişdir.

1973-1975-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 1976-1981-ci illərdə Üz.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında tar və xalq  çalğı alətləri  orkestrinin dirijoru ixtisası üzrə təhsil almışdır.

1977-2000-ci  illərdə S.Hacıbəyov adına Sumqayıt Musiqi  Texnikumunda (indiki  Musiqi Kolleci) konsertmeystr, müəllim, Fənn Birləşmə Komissiyasının  sədri və  direktoru,  1985- 1992-ci illərdə S.Rüstəmov adına  Sumqayıt  3 saylı Uşaq Musiqi məktəbinin direktoru,  eləcə də 1977-2002-ci illərdə Üz.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının Xalq Çalğı Alətləri kafedrasında  müəllim, baş müəllim, dosent, 2002-ci ildən Azərbaycan Milli Konservatoriyasında dosent, “İnstrumental muğam” kafedrasının müdiri, professor, 2015-ci ildən Tədris işləri üzrə  prorektoru vəzifəsində çalışır.

1996-cı ildə görkəmli musiqişünas alim  professor, xalq artisti  Ramiz Zöhrabovun  rəhbərliyi ilə “Azərbaycan xalq və professional musiqi janrlarının  inkişafında sazəndə ifaçılıq sənətinin rolu” mövzusunda dissertasiya işini müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.

O, həmçinin dərslik, 3 dərs vəsaiti, 2 metodik vəsait  və çoxsaylı elmi məqalələrin müəllifidir.

2008-ci ildə tədrisdəki nailiyyətlərinə görə ölkə başçısı cənab İlham Əliyevin  sərəncamı ilə ona “Əməkdar müəllim”  fəxri adı verilmişdir.